Gürcüstandan Rusiyaya nəqliyyatın hərəkəti bərpa edildi

28-06-2022, 09:07           
Gürcüstandan Rusiyaya nəqliyyatın hərəkəti bərpa edildi
Selin yuyub apardığı beynəlxalq əhəmiyyətli Mtsxeta - Stepantsminda - Lars avtomobil yolunun 136-cı kilometrliyində Gürcüstandan Rusiyaya avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunur ki, buna aparılan təmir işləri nəticəsində nail olunub.

Qeyd edək ki, Terek çayında daşqın nəticəsində Yuxarı Lars keçid məntəqəsinə gedən magistralın 136-cı kilometrliyində 80 metrlik hissə yuyulub. Nəticədə hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru