İsmayıllı: Yalanlar hər kəsi güldürür

5-05-2016, 00:39           

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən İsmayıllı üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Ancaq atılan addımlar, səslənən fikirlər, güya ki, ittiham demək olarsa bu kimi sarsaqlamalar o qədər bəsit və uğursuzdur ki, artıq rayon əhli lətifə dinləmək əvəzinə belə saytları izləməklə el dilində desək kayf tutur və əylənmək istəklərini təmin edirlər.
Uzun müddət İsmayıllıda siyasi rəhbərliyi gözdən salmaqla rayon rəhbərliyinə iddialı olan şəxslər, yekunda ağır məğlubiyyətə uğrayaraq İsmayıllıdan rədd olub getdilər. İndi də İsmayıllıdan uzaq məsəfələrdən çirkin niyyətləri üçün istifadə etdikləri dost-aşnalarını yenidən səfərbər ediblər ki, bəlkə heyf çıxa bilsinlər. Əslində ölkə boyu bütün sayt və digər kiv-lər yaxşı fərqindədirlər ki,İsmayıllıda böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs,yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, İsmayıllı haqqında uydurmalara baş qoşmurlar. Ancaq çox təəssüf ki, bəzi kiv rəhbərləri reallıqdan çox uzaq olan, çeynənmiş yalanlardan əl çəkmək istəmirlər. Belə şəxslər gecə yatır yuxuda gördüyünü sabahısı həqiqət kimi ölkə ictimaiyyətinə sırımağa çalışırlar.Məsələn,İsmayıllıda növbəti üsyan yetişir başlığı artıq ölkə insanını iyrəndirib. Təbii ki, hər bir kəs aldığı tərbiyəni, malik olduğu şərəf və ləyaqətini atdığı addımlarla, cəmiyyətə ifraz etdiyi fikirlərlə izhar edir.Ataların çox gözəl misalı var. Dəyirman öz işində, çax-çax isə baş ağrıdır.
teref.az olaraq belə dəyərsizlərə çox vaxt ayırıb,onları dəyərə mindirmək istəmədiyimizə görə yazını yekunlaşdırırıq. Hazırda İsmayıllıda sabitlik və inkişaf var. Xeyli layihələr üzrə İsmayıllıda işlər həyata keçirilir yaxud buna hazırlıqlar gedir. Ən azından mətbutda İsmayıllı rayonunda gedən quruculuq işləri bağlı məlumatlarla tanış olsalar görərlər ki, onların yazdıqları nə qədər alçaldıcıdır!Ağa qara demək, inkşafın qarşısını yalanla, qərəzlə almaq mümkün deyil cənablar. İsmayıllıda isə bu tərəqqi göz qabağındadır!
Mətbuatın adını ucuz tutanlara ar olsun.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.