FƏZAİL AĞAMALININ PARTİYASINDAN “QUSKA”YA CAVAB: ” YƏQİN ÖZ ANASININ GƏLİB FƏZAİL BƏYİN QARŞISINDA AĞLAMASINI UNUDUB”
11-05-2016, 22:02
Hazırda xarici ölkələrdən birində yaşayan Huseyn Abdullayev (QUSKA) bu gün maraqlı bir status paylaşıb. O, deputat Fəzail Ağamalı ilə 2007-ci ildə aralarında olan insidentdən yazıb. Fazil Ağamalı ilə aralarında baş tutan məhkəmə prosesinə toxunan Hüseyn Abdullayev bildirib ki, deputat qanunla müəyyən olunmuş qaydada 21 gün müalicə almalı imiş, amma almayıb:
“Dostlar, xahiş edirəm sonrakı kəlmələrə diqqət yetirin. Deməli qanuna uyğun olaraq, bir insanın hər hansısa beyin xəsarətin müəyyen edilməsi və son ekspertiza rəyinin çıxarılması üçün xəsaret alan şəxs ən azı 21 gün müddətində xəstəxanada yatmalı və mütəxəssis müayinəsindən keçməlidir. Sağ olsun o vaxtkı vəkilim Cavanşir Suleymanov. Onun peşəkar araşdırması nəticəsində məlum olmuşdur ki, həmin ərəfədə Fəzail bəy nəyinki xəstəxanada yatmamış, əksinə hətda öz xidməti fəaliyyəti ilə bağlı Sankt – Peterburq şəhərinə səfər belə etmişdir. İndi isə baxın görün məhkəmə zamanı vəkilim Cavanşir bəyin Ağamalıya ünvanladığı suallara.
– Fəzail bəy, Siz axı qanunla müəyyən edilmiş 21 günü mualicə olunub, müayinədən keçməliydiniz. Bunu etdinizmi?
– Bəli, etdim və bu mualicəni və müayinəni öz evimdə, ixtisasca həkim olan gəlinim tərəfindən heyata keçirdim. Sən demə məhkəməyə qədər tənbəllik etməyən dəyərli vekilim müəyyənləşdirib ki, bəli onun gəlini həqiqətəndə həkimimiş. Lakin ixtisasca GİNEKOLOQ imiş. Bu faktın ortaya çıxmasına rəqmən, sifarişi yerinə yetirən hakimlər bunu görməzdən gəldi”.
Hüseyn Abdullayevin dediklərinin nə dərəcədə həqiqət olub-olmamasını araşdırmaq üçün Fəzail Ağamalı ilə əlaqə saxlamaq istəyib. Onun sədrilik etdiyi partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova saytımıza açıqlamasında bildirdi ki, Hüseyn Abdullayevin cəfəng və əxlaqdan uzaq olan fikirləri ilə tanışdırlar:
” Fikir versəniz görərsiniz ki, indiyə kimi Fəzail Ağamalı onun adını bir dəfə də olsun çəkməyib. Ancaq o, belə gedişatları ilə özünü gündəmdə saxlamaq istəyir. Hansısa məsələdə ailə üzvlərinin, xüsusilə də xanımların adının hallandırılması yolverilməzdir. Yəqin Hüseyn Abdullayevin öz anasının gəlib Fəzail bəyin qarşısında göz yaşı töküb onun bağışlanmasını xahiş etməsi və özünün məhkəmədə üzr istəməsi yadından çıxarıb. Keçmiş xatirələrə dalırsa, bunları da qeyd etsə yaxşı olar. Fəzail müəllimin gəlini doğrudan da həkimdir. Xətai rayonu ərazisində olan doğum evlərindən birində çalışır, amma genekoloq deyil. Bax, burda da Hüseyn Abdullayev ağ yalan danışır. Ola bilər ki, onun məntiqi və ya savadı ora qədər çatır və elə bilir ki, doğum evlərində çalışanların hamısı genekoloq olur. Bilmək istəyənlərin nəzərinə çatdırıq ki, Fəzail bəyin gəlini ixtisaca həkim- terapevtdir”.