Gəncədə fabrikdə yanğın baş verdi – VİDEO

23-05-2016, 20:37           

Kəpəz TV (Region TV) xəbər verir ki, “Gəncə Qənnadı” ASC-də yanğın baş verib

Yanğın istifadə edilməyən anbarın 3-cü mərtəbəsində, tullantı plastik kütlələrin yığıldığı 50 kvadratmetr ərazidə qeydə alınıb. Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və 40 canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Xəsarət alan yoxdur. Qeyd edək ki, 2 il bundan öncə də “Gəncə Qənnadı” ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

Rahib Nadirov – Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini: “Müəssisə rəhbərliyi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu güman edir. Amma Dövlət Yanğın Nəzarəti Xidməti orqanlarının əməkdaşları tərəfindən araşdırılıb, məlumat veriləcək”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru