Qadını ötən ay it dişlədi — Bu ay quduzluq aşkarlandı
24-05-2016, 00:52
Zaqatalanın Faldarlı kənd sakini, 1969-cu il təvəllüdlü, Pəri Qasım qızı Turacovanı aprel ayının əvvəlləri yaşadığı kəndin ərazisində it dişləyib.
teref.az Region TV-yə istinadən xəbər verir ki, it dişləməsindən sonra Pəri Turacova hadisə barədə xəstəxanaya müraciət etməyib və bunu adi qarşılayıb. Bir müddətdən sonra vəziyyəti ağırlaşan Pəri Turacova Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı rayona ezam olunan ixtisaslaşmış həkim xəstəni müayinə edərək, onun xüsusi rejimli palatada saxlanılaraq simptomatik müalicəsinin davam etdirilməsini tövsiyyə edib.
Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yolxucu xəstəliklər şöbəsində davam etdirilir.