Antibiotiklər yaddaşı zəiflədir

24-05-2016, 01:11           

Alimlər hesab edirlər ki, antibiotiklərin uzun zaman ərzində qəbulu yaddaşa pis təsir edir. Trend-in məlumatına görə, tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.

Eksperimentlər zamanı alimlər 210 laboratoriya siçanına əvvəl adi su, sonra isə antibiotiklər əlavə ediblər. Nəticələrə əsasən, üzərində təcrübə aparılan heyvanların bağırsaqlarında mikroflora dəyişiklikləri ilə yanaşı, hippokamplarında da dəyişmələr baş verir. Hippokamp isə beyində yaddaş və emosiyaların əmələ gəlməsinə cavabdeh orqandır. Bu dəyişmələr nəticəsində hippokampların yeni əsəb hüceyrələri yararmaq qabiliyyəti zəifləyir.

Alimlər iddia edirlər ki, siçanları əvvəlki vəziyyətə qaytarmaq bağırsaqlarındakı mikrofloranı bərpa etməklə yanaşı, fiziki məşqlərdən (siçanların qəfəslərinə qaçış üçün çarxlar qoyulur) sonra mümkün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru