İsrail çimərliklərində onlarla bağlamada narkotik vasitələr tapılıb

27-11-2022, 12:05           
İsrail çimərliklərində onlarla bağlamada narkotik vasitələr tapılıb
İsrailin Aralıq dənizi sahillərində narkotik vasitələrin olduğu bağlamalar aşkar edilib.

Məlumatı İsrailin hüquq mühafizə orqanları da təsdiq edib.

“Bağlamalar Nahariya, Hayfa, Tirat Karmel, Zixron Yaakov və Qaş şəhərlərinin çimərliklərində, həmçinin daha 40 bağlamanın olduğu qayıq Təl-Əviv sahillərində aşkar edilib”, - İsrail polisinin məlumatında qeyd olunur.

Polisin bildirdiyinə görə, əvvəlcə bağlamalarda partlayıcı maddə olduğu güman edilib, lakin sonradan istehkamçılar paketlərdə narkotik maddələrin olduğunu aşkar ediblər.

Mənbə: Times of Israel












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru