Bakıda orta məktəb müəlliminə qarşı 100 min manatlıq dələduzluq edilib

24-05-2016, 11:38           

Bakıda orta məktəb müəlliminə qarşı dələduzluq edilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əzimova Məhluqə Bəybala qızı Baş Prokurorluğa ərizə ilə müraciət edərək Mədət adlı şəxsin onu aldadaraq 100 min manat pulunu aldığını bildirib.

Baş Prokurorluq şikayətin araşdırılması üçün ərizəni aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M. Əzimova 283 saylı ora məktəbin müəllimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru