Cahangir Hacıyev haşimoto xəstəliyinə tutulub

24-05-2016, 19:33           

Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.


Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyevin səhhətində problemlər var: “Cahangir Hacıyev 2012-ci ildən haşimoto xəstəliyindən əziyyət çəkir. Ona Amerika və İsveçrədə bu xəstəliklə bağlı diaqnoz qoyulub. Lakin həmin xəstəliyin müalicəsi Penitensiar xidmətin istintaq təcridxanasında və müalicə müəssisəsində mümkün deyil. Çünki bu, unikal xəstəlikdir və tam sağalması mümkün deyil. Həmin xəstəlik nəticəsində onda boğulmalar olur, ürəyində problemlər yaranır. Biz buna görə də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişik. Yaxın vaxtlarda vəsatətə baxıla bilər”.

Vəkil cinayət işi üzrə istintaqda hər hansı yeniliyin olmadığını da bildirib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru