Keçmiş MTN generalının vəkili barəsində cinayət işi başlandı

25-05-2016, 00:28           
Keçmiş MTN generalının vəkili barəsində cinayət işi başlandı
Vəkil Arif Rəsulov barəsində cinayət işi açılıb.

Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru