Niderlandda pirotexniki vasitələrdən istifadə edən uşaq saxlanıldı

29-12-2022, 12:48           
Niderlandda pirotexniki vasitələrdən istifadə edən uşaq saxlanıldı
13 yaşlı oğlan Niderland polisi tərəfindən 150 kq pirotexniki vasitə saxladığına görə cəzalandırılıb.

O, küçədə atəşfəşanlıq təşkil edər polisin diqqətini çəkib. Hazırda ölkədə belə vasitələrdən istifadə qadağandır. Atəşfəşanlığa yalnız Yeni il ərəfəsində icazə verilir.

Polis oğlanı saxladıqdan sonra onunla birlikdə evinə baxış keçirib və orada 20 kq pirotexniki vasitələr tapıb. Sonra qarajda daha 130 kq partlayıcı “oyuncaq” aşkar edilib.

Oğlan yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin qarşısını almaq və cəzalandırmaq üçün qısamüddətli müdaxilələr üzrə ixtisaslaşmış HALT təşkilatına göndərilib.

Onun valideynləri isə pirotexniki vasitələrdən qanunsuz istifadə və onların saxlanılmasına görə rəsmi şəkildə ittiham olunublar.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru