"Nə ruslar irəliləyə bilir, nə də biz" - Ukrayna hərbi kəşfiyyatı

29-12-2022, 12:48           
"Nə ruslar irəliləyə bilir, nə də biz" -
Ukrayna cəbhəsindəki vəziyyət dalana dirənib, nə Ukrayna, nə də Rusiya ciddi uğurlar qazana bilmir.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, rus qoşunları çox ciddi itkilər verərək, tamamilə çıxılmaz vəziyyətə düşüb:
"Ukrayna qüvvələrinin isə bir çox vilayətlərdə irəliləmək üçün əvvəllər olduğu kimi, resursları çatışmır. Qışla əlaqədar Ukrayna Silahlı Qüvvələrinin quru əməliyyatlarının tempi də azalıb".
Budanov qeyd edib ki, Ukrayna rusları bütün istiqamətlər üzrə kompleks şəkildə məğlub edə bilmir: "Eyni zamanda onlar da bizi məğlub edə bilmir. Biz yeni silah tədarükünü səbirsizliklə gözləyirik. Ümid edirik ki, daha müasir silahlar ala biləcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru