Paris vağzalında “hər şeyi partlatmaq” istəyənlər həbs edildi: Təhlükəsizlik tədbirləri gücləndirildi

31-12-2022, 12:58           
Paris vağzalında “hər şeyi partlatmaq” istəyənlər həbs edildi: Təhlükəsizlik tədbirləri gücləndirildi
Fransanın paytaxtı Parisin Monparnas vağzalında polis iki nəfəri saxlayıb.

Onlar binaya doqquz qaz balonu gətirib və “hər şeyi partlatmaqla” hədələyiblər.

Saxlanılanlar 51 yaşlı fransız Erik və 29 yaşlı liviyalı Abdelvaheddir.

Onlara qarşı hələki terrora təhrik maddəsi ilə ittiham irəli sürülüb. Lakin məlum olub ki, stansiyaya gətirdikləri balonlardakı qaz zərərsiz olub, öz üzərilərində isə hər hansı yandırıcı qurğu aşkar edilməyib.

Hadisə ilə bağlı axtarışlara başlanılıb. Daxili işlər naziri Cerald Darmanen Parisdəki bütün vağzallarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verib.

Mənbə: “Figaro”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru