Şimali Koreya üç qısamənzilli raket buraxdı

31-12-2022, 10:31           
Şimali Koreya üç qısamənzilli raket buraxdı
Şimali Koreya Yapon dənizi istiqamətinə üç qısamənzilli ballistik raket buraxıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Raketlər maksimum 100 km yüksəklikdə 350 km uçduqdan sonra dənizə düşüb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılış Hvanqhae-Bukto əyalətindən həyata keçirilib.
Yaponiya hökuməti Pekində diplomatik kanallar vasitəsilə raket buraxılışları ilə bağlı Pxenyana etiraz edib.
Hazırkı buraxılış 2022-ci ildə 37-ci idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru