Şimali Koreyadan təhlükəli gediş: 70 raket atdı

1-01-2023, 12:38           
Şimali Koreyadan təhlükəli gediş: 70 raket atdı
Şimali Koreya rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, raket sınaqlarını davam etdirir.

Teleqraf.com Cənubi Koreyanın Birləşmiş Qərargah rəislərinin bəyanatına istinadən xəbər verir ki, Şimali Koreya Şərq dənizinə doğru üç qısa mənzilli ballistik raket atıb.

Bildirilib ki, raketlər yerli vaxtla saat 08:00 radələrində paytaxt Pxenyanın cənubundakı Şimali Hvanqhae bölgəsindən buraxılıb: “Şimali Koreyanın ballistik raketlər buraxması beynəlxalq ictimaiyyətdə, eləcə də Koreya yarımadasında sülh və sabitliyə xələl gətirən ağır təxribatdır. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinin açıq-aşkar pozulmasıdır. Şimali Koreyanın raket sınaqlarının dərhal dayandırılması tələb edirik”.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada 3 raketin təxminən 100 kilometr yüksəklikdən atıldığı və təxminən 350 kilometr məsafə qət etdiyi bildirilib. ABŞ-ın Hind-Sakit Okean Qüvvələri də Şimali Koreyanın raket sınaqlarının ABŞ-ın bölgədəki şəxsi heyəti, eləcə də Yaponiya və Cənubi Koreya üçün təhlükə yaratmadığını bəyan edib.

Bildirilir ki, sonuncu dəfə dekabrın 23-də raket sınağı həyata keçirən Şimali Koreya bu il müxtəlif mənzillərə 70 raket atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru