Ukraynalı əsgər Rusiya raketini pulemyotla vurdu… FANTASTİK

2-01-2023, 00:07           
Ukraynalı əsgər Rusiya raketini pulemyotla vurdu… FANTASTİK
Düşmən obyekti hədəfə çatmayıb və zərər vermədən boş sahəyə düşüb…

Dekabrın 29-da işğalçı Rusiyanın kütləvi raket hücumu zamanı Kiyev vilayətinin ərazi müdafiəsinin 114-cü briqadasının batalyonunun pulemyotçusu Andrey “Dron” Rusiya raketini birbaşa pulemyotla vurub.

“TSN” xəbər verir ki, mahir döyüşçü haqqında Kiyev vilayət hərbi idarəsinin(VHİ) rəisi Aleksey Kuleba danışıb.

Andrey genişmiqyaslı işğalın ilk günlərindən Kiyev bölgəsinin müdafiəsi üçün ayağa qalxıb. Kiyev vilayətinin işğaldan azad edilməsindən sonra qardaşları ilə birlikdə Ukraynanın şərqində müdafiəni həyata keçirib. Sonradan “Dron” Kiyev bölgəsinə qayıdıb və doğma yurdunu müdafiə etməyə davam edib.

“Dekabrın 29-da kütləvi hücum zamanı Andrey, demək olar ki, mümkün olmayanı etdi. O, pulemyot atəşi ilə raketi vurdu. Düşmən obyekti hədəfə çatmadı və sahəyə düşdü. Bu, inanılmaz hekayədir. Bunlar bizim hərbçilərimizin hər gün etdiyi qəhrəmanlıqlardır”, – deyə VHİ sədri bildirib.moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru