“Həftədə bir gəlinlə tanış olub...” – Bakıda şok

24-01-2023, 10:15           
“Həftədə bir gəlinlə tanış olub...” – Bakıda şok
Xəbər verdiyimiz kimi, Bakıda restoranlarından birində yemək yeyən müştərilər hesabı ödəmədən qaçıblar.

Hadisə Xətai rayonunda yerləşən restoranlardan birində baş verib. Ailəvi şəkildə restorana gəldiyi deyilən şəxslər 100 manatdan çox sifariş verərək yeyib içiblər. Sonradan oğlan məkanın pəncərəsindən çıxaraq qaçıb. Qadın və uşaq isə qapıdan çıxıblar. Bütün bunlar kameraya düşüb.

Restoranın icarədarı bildirib ki, pəncərədən qaçan kişi tapılıb.

"Başqa restoranlar da gəlib hesabları həmin şəxsdən alıblar. Ailə deyilmişlər. Oğlan həftədə bir dəfə gəlinlə tanış olurmuş. Milyonerlər kimi güclü qonaqlıqlar verib, qarşılığında intim münasibətdə olurmuş", - deyə o bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru