Almaniyada ətrafdakılara bıçaqla hücum edən şəxs suriyalıdır – YENİLƏNİB

26-01-2023, 10:34           
Almaniyada ətrafdakılara bıçaqla hücum edən şəxs suriyalıdır – YENİLƏNİB
Çərşənbə günü Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqla iki nəfərin ölümünə və daha beş nəfərin yaralanmasına səbəb olan şəxsin psixi problemləri ola bilər.

Bu barədə təhlükəsizlik orqanlarından məlumat yayılıb.

Bildirlib ki, hücumdan sonra cinayəti törətdiyi iddia edilən şəxsin psixi cəhətdən qeyri-sabit ola biləcəyinə dair ilk əlamətlər var. Yerli polis nümayəndəsinin sözlərinə görə, söhbət 20-30 yaşlı gəncdən gedir.

O, Suriya əsillidir. İlkin məlumatlara görə, həmin şəxs əvvəllər ekstremist dairələrdə görünməyib.

Polis cinayətkarı Brokstedtdə saxlayıb. Hazırda o, xəstəxanada polisin mühafizəsi altındadır. Cinayətin motivləri hələ də bəlli deyil.

Hadisə ilə əlaqədar Hamburq və Kil arasında uzun məsafəli qatarların hərəkəti dayandırılıb.

Mənbə: TASS

22:31

Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə çərşənbə günü Şlezviq-Holşteyn federal əyalətinin daxili işlər naziri Sabina Zütterlin-Vaak məlumat verib.

Onun sözlərinə görə, qatar Kildən Hamburqa gedib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru