Müəllimlə məhkumunun İNTİM GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

26-01-2023, 12:18           
Müəllimlə məhkumunun İNTİM GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO
ABŞ-ın Florida ştatında 52 yaşlı müəllim Donna Barber məhbusla intim görüntüləri yayıldıqdan sonra işdən çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məhbusların video söhbətlərinə nəzarət etmək üçün yanvarın əvvəlində Smith adlı şəxs Franklin County həbsxanasına nəzarətçi təyin edilib.

Müşahidəçi müəllim Donna Barberin məhkum Lourens Rey ilə ünsiyyətdə olduğunu və məktəb ofisində kamera qarşısında soyunduğunu müşahidə edib. Müəllimin hərəkətindən qəzəblənən Smit sosial şəbəkədə söhbətin səs yazısını yayıb.

“Mən hesab edirəm ki, valideynlərin uşaqlarını kimin öyrətdiyini bilmək hüququ var”, - deyə həbsxana məmuru paylaşımında şərh yazıb.

Məktəb rəhbərliyi videobağlantı vasitəsilə intim ünsiyyətdən xəbərdar olub. Barber iş saatlarında qeyri-münasib davranışına görə işdən çıxarılacağını anlayıb və özü işdən istefa vermək qərarına gəlib. Valideynlər və həmkarları qadının 30 illik işdən sonra məktəbi tərk etməsini birmənalı qarşılamayıb, onun tələbələr və məzunlar tərəfindən böyük hörmətə malik olduğunu qeyd ediblər.

Smitin sözlərinə görə, son vaxtlar məhbuslarla videokonfrans əlaqəsi üzbəüz görüşdən daha çox tələb olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru