Kot-d'İvuarda naməlum xəstəlik 10-dan çox uşağın ölümünə səbəb olub 27-01-2023, 00:10 Kot-d'İvuarın mərkəzində yerləşən kənddə son iki ayda azı 12 uşaq naməlum xəstəlikdən ölüb."Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir.Mütəxəssislərin toxuma nümunələri üçün götürdüyü analizlər hələ ki xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib. Facebook-da paylaş