ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılınarkən məscid imamı bıçaqla hücuma məruz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məscidin 3-cü cərgəsində camaat arasında gizlənən 32 yaşlı hücumçu səcdə edən camaatın üstündən tullanaraq, bıçağı ilə 65 yaşlı imamın kürəyindən bıçaqlayıb.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən hücumçu məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Müalicə olunan imamın vəziyyətinin kafi olduğu bildirilib.
İfadəsində İstanbuldan olduğunu və qısa müddət əvvəl ABŞ-a gəldiyini bildirən şübhəlinin dünən ilk məhkəməsini keçirilib. Faktla bağlı istintaq davam edir.