Zelenski milyarderin oğlu ilə görüşdü

12-04-2023, 08:52           
Zelenski milyarderin oğlu ilə görüşdü
Ukrayna Prezidenti Vladimir Zelenski milyarder Uorren Baffetin oğlu, xeyriyyə fondlarından birinin rəhbəri, xeyriyyəçi və iş adamı Hovard Baffet ilə görüşüb.

Lent.az xəbər veirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukraynaya yardım məsələsini müzakirə ediblər.

Zelenski Ukrayna xalqını dəstəklədiyinə görə Baffetə təşəkkür edib.

Öz növbəsində amerikalı iş adamı qeyd edib ki, o, Ukraynada bir sıra layihələrə dəstək verməkdə maraqlıdır.

Aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan britaniyalı milyarder Riçard Bransonla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru