Krım tatarını Rusiyada həbs etdilər, başına torba keçirdilər

12-04-2023, 11:25           
Krım tatarını Rusiyada həbs etdilər, başına torba keçirdilər
Kiyevdən işğal olunmuş Krıma, atasının yanına getməyə çalışan Krım tatarı Lenya Umerova Rusiyada saxlanılıb. Qızın qardaşı deyir ki, buna səbəb Rusiya pasportunun olmamasıdır.

Publika.az xəbər verir ki, bu barədə qızın qardaşı “Facebook” hesabından paylaşım edib.

Hüquq müdafiəçiləri ötən il dekabrın 4-də 25 yaşlı Leniya Umerovanın xərçəng xəstəsi olan atasının vəziyyətinin pisləşməsi ilə əlaqədar Kiyevdən işğal olunmuş Krıma getməli olduğunu bildiriblər.

Rusiya təhlükəsizlik qüvvələri onu Gürcüstan-Rusiya sərhədini keçdikdən sonra rejim zonasının qaydalarını pozduğuna görə saxlayıb.

CHRG-nin məlumatına görə, qız martın 16-dək Vladiqafqaz yaxınlığındakı xarici vətəndaşların müvəqqəti saxlanma məntəqəsində olub. Rayon Məhkəməsi onu "dövlət sərhədinin rejimini pozmaqda" təqsirli bilib və 2000 rubl məbləğində cərimələyib.

Lenya gecə saatlarında mərkəzdən buraxılıb. Qızın dediyi kimi, onu darvazada dörd kişi ilə maşın gözləyirdi. Onu tutub başına torba keçiriblər. Sonra Vladiqafqazın tanış olmayan rayonuna gətirib orada buraxıblar.

Lenya polis patrulu tərəfindən saxlanılıb. Saxlanılmasının səbəblərini soruşduqda, onun barəsində polisə tabe olmamaq barədə protokol tərtib edilib. Leninski Rayon Məhkəməsi ona inzibati cəza verib - 15 sutka həbs.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru