İsraildə terror aktı: Sürücü avtomobili piyadaların üzərinə sürdü – FOTO/VİDEO

25-04-2023, 10:54           
İsraildə terror aktı:
Bazar ertəsi Qüdsün mərkəzində avtomobil bir qrup piyadanın üzərinə şütüyüb. Nəticədə bir neçə nəfər xəsarət alıb, avtomobilin sürücüsü yerindəcə zərərsizləşdirilib.

Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

İnsident Qüds şəhərinin mərkəzində ən sıx alış-veriş yerlərindən biri olan Mahane Yehuda bazarının yaxınlığında baş verib.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu baş verənləri terror aktı adlandırıb.
“Bir müddət əvvəl İsrail vətəndaşlarını öldürməyə növbəti cəhd edildi. Bu terror aktı İsrail torpaqlarının və İsrail Dövlətinin bizə necə baha başa gəldiyini xatırladır”, - deyə baş nazir bildirib.




Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru