Sudanda davam edən hərbi əməliyyatlar fonunda kəskin ərzaq, su, yanacaq və dərman çatışmazlığı yaranıb, bu malların qiymətləri dəfələrlə artıb. Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yüzminlərlə sudanlı zorakılıqdan qurtulmaq üçün qonşu ölkələrə qaçır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından qaçqınlarla bağlı məsələlərlə məşğul olduqlarını bildiriblər. Onların hesablamalarına görə, qarşıdurmalara görə elə təkcə Çad və Cənubi Sudanla sərhədi 270 minə yaxın insan keçəcək. Eyni zamanda, bir çoxları regionun digər ölkələrinə - Misir, Eritreya, Efiopiya, Mərkəzi Afrika Respublikası və Liviyaya gedir.