İt sahibinin barmağını gəmirib ölümdən xilas etdi

27-04-2023, 10:15           
İt sahibinin barmağını gəmirib ölümdən xilas etdi
Maraqlı hadisə Böyük Britaniyada baş verib.

Lent.az-ın xəbərinə görə, Kembric sakini yatarkən evdə saxladığı it onun ayaq barmağını gəmirib. Maraqlıdır ki, kişi bunu hiss etməyib.

Hadisəni kişinin işdən evə qayıdan arvadı görüb və iti kənarlaşdırıb. Qadın göüb ki, it kişinin ayaq barmağını elə həddə gəmirib ki, sümük görünür. O, təcili yardım çağırıb və ərini oyadaraq həkimə aparıb. Bu qədər ciddi yaraya görə qanaxmanın zəif olması və kişinin heç bir ağrı hiss etməməsi həkimləri təəccübləndirib. Lakin MRT zamanı hər şey üzə çıxıb.

Məlum olub ki, ayaqdakı 2 vacib damar tromblaşıb və qan dövranı pisləşib. Təxirəsalınmaz əməliyyat olmasa ayaq amputasiya edilə bilər.

Əməliyyatdan sonra kembricli kişi artıq ayağının üşümədiyini və hissiyyatın qayıtdığını bildirib. O, xilaskar iti müalicə etməklə yanaşı, ona yaxşı bir ət qonaqlığı da verəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru