Məşhur reper qətlə yetirildi – FOTO

28-04-2023, 00:08           
Məşhur reper qətlə yetirildi – FOTO
Reper Syud Kaliforniyadakı Soledadda həbsxanasında bıçaqlanaraq öldürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki , bu barədə reperin vəkili məlumat yayıb.

Məlumatda bildirilir ki, Syud kimi tanınan 22 yaşlı Ceym Bruqada Valdez axşam saat 10 radələrində Soledadda həbsxanasının duş otağında bıçaqlanmış halda tapılıb. İlkin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Reperin hansı səbəbdən qətlə yetirilməsi açıqlanmayıb.

Qeyd edək ki, Valdez keçən ilin dekabrında silah saxlamaqda ittiham olunaraq iki il səkkiz ay müddətinə həbs cəzasına məhkum edilib. O, “Back to the bag”, “She gon choose”, “No love”, “Whole time” və “Rewind” kimi mahnıları ilə tanınır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru