Erməni deputat xuliqanlıqla ittiham olunur

28-04-2023, 09:24           
Erməni deputat xuliqanlıqla ittiham olunur
Deputat Mher Saakyan barədə açılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Saakyan xuliqanlıq və sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham olunur.

Xatırladaq ki, martın 31-də Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Buna səbəb kimi parlamentin həmin gün keçirilmiş iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru