Təyyarədə kütləvi dava: Yumruq atan kim, təpik atan kim... - VİDEO

28-04-2023, 12:39           
Təyyarədə kütləvi dava:
"Alliance Airlines" sərnişinləri təyyarədə bir-birilərini döyüb, pəncərələri sındırıblar.

Publika.az xəbər verir ki, salondakı sərnişinlər bu anları lentə alıb.

Uçuşun Avstraliyanın Keyrns şəhərindən Qrut adasına olduğu bildirilir.

Uçuşdan bir saat sonra dörd sərnişin yerə atılan şüşə üstündə dava edib. Bununla əlaqədar olaraq, pilotlar münaqişə iştirakçılarından birini yerə endirmək üçün hava limanına qayıtmaq qərarına gəliblər.

Bir neçə saat sonra təyyarə yenidən havaya qalxsa da, eyni sərnişinlər yenidən bir-birinə hücum ediblər. Təyinat yerinə endikdən sonra qaydaları pozan 3 nəfər saxlanılıb. Onlardan biri basqın və xuliqanlıqda, biri əmlaka ziyan vurmaqda və xuliqanlıqda, üçüncüsü isə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru