İndoneziyanın Maluku əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 10 kilometr dərinlikdə baş verən zəlzələdə insan itkisi olmayıb. Qeyd edək ki, “Sakit okean od halqası” adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.