Ağdamda çoxillik ağacların aşması nəticəsində elektrik xətlərini sıradan çıxdı - YENİLƏNİB + FOTO/VİDEO

1-06-2023, 08:38           
Ağdamda çoxillik ağacların aşması nəticəsində elektrik xətlərini sıradan çıxdı - YENİLƏNİB + FOTO/VİDEO
Ağdam rayonu ərazisində güclü küləyin əsməsi nəticəsində bir sıra kəndlərə ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasından “Report”a verilən məlumata görə, Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Həsənxanlı kəndində məktəb binası və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb, bəzi evlərin daş divarları aşıb.

Çoxillik ağacların aşması nəticəsində 10 kVt elektrik xətlərini sıradan çıxarıb. Bir neçə fərdi yaşayış evlərinin üzərinə aşan ağaclar fərdi evlərə ciddi ziyan vurub.

Qasırğa ilə müşahidə olunan güclü yağış rayon ərazisində fəaliyyət göstərən kümçülərə də ziyan vurub. Belə ki, barama qurdlarının bəsləndiyi tikililəri su basıb.

Hazırda rayon ərazisinə dəyən ziyanın ilkin hesablamaları davam edir.

23:55

Ucarda yağışla müşahidə olunan güclü külək evin dam örtüyünü qoparıb.

APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov xəsarət alıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Bundan başqa rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın üzərinə aşıb. Nəticədə o, yüngül xəsarət alıb.

Zərərçəkənin dediyinə görə, ona ümumilikdə 12 000 manat ziyan dəyib.

21:55

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, - deyə polis kapitanı qeyd edib.

20:50

Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.

“Report” xəbər verir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.
20:42

Güclü yağış və külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Bu barədə “Report”a rayon sakinləri xəbər veriblər.

Məlumata görə, güclü külək Ucar şəhəri, Heydər Əliyev prospekti 133 ünvanında yaşayış binasının damını uçurub. Nəticədə yağış suları mənzillərə axıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək habelə bəzi ərazilərdə ağacların budaqlarını qırıb, rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.