Abid Qafarov azadlığa buraxıldı

1-06-2023, 11:08           
Abid Qafarov azadlığa buraxıldı
İctimai fəal Abid Qafarov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Abid Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, A.Qafarov ötən ilin iyulunda bir qrup qazi tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət əsasında həbs edilib. O, qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunub. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilib, Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.