Rusiya yenidən “Volqa”nın istehsalına başlayır

2-06-2023, 12:00           
Rusiya yenidən “Volqa”nın istehsalına başlayır
Rusiyanın "Qorki Avtomobil Zavodu" (QAZ) şirkəti "Volqa" brendi ilə yeni avtomobillərin istehsalına başlaya bilər.

Modern.az RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib.

Manturov vurğulayıb ki, "Volkswagen" Rusiyanı tərk etdiyi üçün şirkət zavodun nəzarət texnologiyası üzrə tərəfdaşı olacaq.
"Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən 8-9 ay çəkir”, - Baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, Rusiya “Volqa”nı “Moskviç” brendi ilə eyni formada, yəni texnoloji tərəfdaş cəlb etməklə yenidən canlandırmağı planlaşdırır.

Qeyd edək ki, "Volqa" modelinin sonuncu avtomobili QAZ-3110 olub və 2004-cü ildə istehsalını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru