Meksikada dərədə azı 45 torba insan qalığı tapıldı - FOTO/VİDEO

3-06-2023, 12:23           
Meksikada dərədə azı 45 torba insan qalığı tapıldı - FOTO/VİDEO
Meksikanın Xalisko əyalətindəki dərədə azı 45 torbada insan qalıqları aşkar edilib.

Dəhşətli tapıntıya hüquq-mühafizə orqanları itkin düşən iki qadın və səkkiz kişinin axtarışları zamanı rast gəlinib.

Polisin məlumatına görə, qurbanlar zəng mərkəzində işləyiblər. Bu mərkəzin “Jalisco New Generation” narkotik kartelinə bağlı olduğu ehtimal edilir.

Ölənlərin yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşmırlar. Onlar hesab edirlər ki, polislər onların yaxınlarını cinayətkar kimi təqdim etmək istəyirlər.
Mənbə: NEWS.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru