Qarabağda qarşıdurma: Xocavənddə 7 erməni tutuldu

5-06-2023, 10:11           
Qarabağda qarşıdurma: Xocavənddə 7 erməni tutuldu
Qarabağda separatçı rejimin “talon hiyləsi” erməni əhalisi arasında qarşıdurmalara da yol açıb.

Publika.az xəbər verir ki, iyunun 2-də gecə saat 23:00 radələrində Xocavənddə qarşıdurma baş verib.

Bir qrup erməni yanacaqdoldurma məntəqəsinə hücum edərək, talonsuz benzin tələb ediblər. Yanacaqdoldurma məntəqəsinin işçiləri ilə baş verən qarşıdurmada 7 nəfər separatçı rejim tərəfindən həbs olunub.

Qeyd edək ki, separatçı rejim Qarabağda “humanitar fəlakət” görüntüsü yaratmaq məqsədilə ərzaq, yanacaq və digər əhəmiyyətli məhsullara “talon sistemi” tətbiq edib, halbuki, hələ Şuşa-Xankəndi yolunda aksiyanın başlanmasından sonra bütün lazımi məhsulların rahat şkildə daşınmasına hər cür şərait yaradılır.

Separatçılar isə daşınan məhsulları daha baha qiymətə satır, erməni əhalisinə isə “talon”la verirlər. Benzinə görə baş verən qarşıdurma göstərir ki, erməni əhalisi separatçıların yaratdığı vəziyyətdən beziblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru