Bakıda toy karvanında sürücülər arasında dava düşdü - VİDEO

8-06-2023, 12:24           
Bakıda toy karvanında sürücülər arasında dava düşdü - VİDEO
Bakıda toy karvanında dava düşüb.

Xezerxeber.az-ın məlumatına görə, iki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb. Bununla bağlı videokadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Hələlik bilinməyən səbəbdən ağ və qara rəngli “Niva” markalı avtomobillər hərəkətdə olan “Toyota Prius” markalı maşını sıxışdırıblar. Daha sonra avtomobillərin sürücüləri arasında mübahisə olub.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır.
Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru