İran yeni atom elektrik stansiyalarının tikintisinə başladı 8-06-2023, 13:45 İranın Buşəhr şəhərində 2 atom elektrik stansiyasının (AES) tikintisinə başlanılıb."Unikal" İran KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Buşəhr valisi Əhməd Məhəmmədizadə bildirib.Onun sözlərinə görə, hər biri 1800 meqavat gücündə olan 2 atom elektrik stansiyası tikilir."Bu 2 layihədə heç bir xarici işçi yoxdur və bütün işlər yerli mütəxəssislər tərəfindən həyata keçirilir", - deyə vali qeyd edib. Facebook-da paylaş