İrəvan Moskvadan silah alınması ilə bağlı ödədiyi 400 mln. dolları geri istəyir

29-09-2023, 13:18           
İrəvan Moskvadan silah alınması ilə bağlı ödədiyi 400 mln. dolları geri istəyir
Ermənistan hökuməti Rusiyaya müraciət edərək silah alınması barədə ödədiyi 400 mln. dolların geri qaytarılmasını istəyib.

Teref.az “Report”a istinadla xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.

Bildirilib ki, Ermənistan buna səbəb kimi ölkədə yaranmış ağır sosial vəziyyəti göstərib.

Qeyd olunub ki, Ermənistan silah alınması ilə bağlı Moskvaya vəsait ödəsə də, tədarük hələ həyata keçməyib. Lakin Rusiya tərəfi pulu ödəməkdən imtina edib. Bunu da onunla əsaslandırıb ki, silah tədarükünün çatdırılması ilə bağlı saziş ləğv olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru