Məktəbliləri daşıyan avtobus aşdı: Ölən və yaralanlar var

30-09-2023, 00:03           
Məktəbliləri daşıyan avtobus aşdı:
İngiltərədə 54 nəfərin olduğu məktəb avtobusu qəza törədib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mersisayd bölgəsində baş verib.

Məktəbliləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 14 yaşlı qız və servis sürücüsü həyatını itirib.

Qeyd edilir ki, qəzadan sonra hadisə yerinə təcili tibbi yardım maşını və helikopter göndərilib.

Şimal-Qərb Təcili Yardım Xidmətindən verilən açıqlamada qəzada yaralanan 13 uşağın xəstəxanaya aparıldığı, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəzadan sonra magistral hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru