Misirdə yaşı beş min ildən çox olan şərab tapılıb - FOTO

2-10-2023, 12:03           
Misirdə yaşı beş min ildən çox olan şərab tapılıb - FOTO
Misirdə aparılan arxeoloji qazıntılar zamanı mütəxəssislər yüzlərlə gil küp aşkar ediblər. Onların içərisində yaşı beş min ildən çox olduğu ehtimal edilən şərab qalıqları olub.

Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

“Misir, Almaniya və Avstriyadan olan arxeoloji missiya Birinci Sülalədən olan Kraliça Merneitin məqbərəsində yüzlərlə qapalı küp aşkar edib. Onların içərisində şərab qalıqları tapılıb”, - deyə məlumatda bildirilib.

Aşkar edilmiş küplər ölçülərinə görə iri və ağızları sıx şəkildə bağlıdır. Küplərin yanında dəfn üçün nəzərəd tutulan digər əşyalar da aşkarlanıb.

Mənbə: life.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru