Rusiyada qız ehtiyatsızlıqdan anasının avtomobilini suya salıb - VİDEO

2-10-2023, 12:04           
Rusiyada qız ehtiyatsızlıqdan anasının avtomobilini suya salıb - VİDEO
Rusiyanın Moskva şəhərinin yaxınlığında yerləşən Klyazma su anbarının çimərliyində minik avtomobili sürüşərək suya düşüb.

Qeyd olunur ki, “Kia Soul” markalı krossoveri idarə edən qız veykbord sürmək üçün Klyazma su anbarının yaxınlığında yerləşən “Xlebnikovo” istirahət mərkəzinə gedib. O, avtomobili saxlayıb, lakin əl əyləcini çəkməyi unudub. Qız sahilə tərəf getdikdən sonra avtomobil hərəkətə başlayıb və sahibini ötərək suya düşüb. Qız maşını saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Verilən məlumata görə, avtomobil qızın anasına məxsusdur. Avtomobil artıq su anbarından çıxarılıb və ciddi təmirə ehtiyacı var.

Mənbə: “BAZA” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru