Şimal dənizində faciə: Gəmilərin toqquşması nəticəsində ölən və itkin düşənlər var

25-10-2023, 11:24           
Şimal dənizində faciə:
Almaniya sahillərində Şimal dənizində iki yük gəmisi toqquşub. İlkin məlumatlara görə, onlardan biri batıb. Qəza nəticəsində bir dənizçi həlak olub, daha dördü itkin düşüb.

Bu barədə Almaniyanın dənizdə fövqəladə vəziyyət xidmətindən bildirilib.

Məlumata görə, hadisə Heliqoland adasından təxminən 22 km cənub-qərbdə baş verib.

Toqquşma zamanı Bremendən İmmingem limanına Britaniya bayrağı altında üzən “Verity” gəmisi batıb. Göyərtədə yeddi nəfər olub. Onlardan biri ölüb, onun cəsədi sudan çıxarılıb, daha iki nəfər xilas edilib. Dörd dənizçi itkin düşüb.

Hamburqdan La Korunyaya Baham adaları bayrağı altında üzən “Polesie” gəmisi batmayıb. Göyərtədə olan 22 nəfərdən heç biri xəsarət almayıb.
Gəmilərin toqquşmasının səbəbi məlum deyil.

İtkin düşənlərin axtarışı davam edir.

Mənbə: Associated Press












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru