Bolqarıstanın ən böyük sursat zavodunda partlayış - Yaralılar var 26-10-2023, 00:13 Bolqarıstanın ən böyük silah-sursat istehsalı zavodu olan Vazovski Maşınqayırma Zavodunda partlayış baş verib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Bolqarıstanın BNT telekanalı məlumat yayıb.Partlayış nəticəsində iki işçinin yaralandığı bildirilir.Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, partlayışa səbəb partlayıcı maddələrlə işləyərkən maşın presindəki texniki nasazlıq olub. Facebook-da paylaş