“Bu general Rusiya xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir...” - “Pastinfo”
9-11-2023, 15:59
“Bu günlərdə hökumət açıq şəkildə keçmiş müdafiə naziri, ehtiyatda olan general-mayor Arşak Karapetyanı “daşqalaq etməyə” başlayıb”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Pastinfo” gündəlik nəşri yazır.
“Xüsusilə, Andranik Köçəryan Karapetyanın səhvlərinə kifayət qədər sərt istinadlar edərək bildirib ki, 2016-cı ilin dördgünlük müharibə zamanı kəşfiyyatın uğursuzluğu, ciddi nöqsanlar olub. Qeyd edilir ki, A.Karapetyan həmin vaxt Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi olub”- deyə erməni nəşri diqqətə çatdırır.
Nəşr onu da vurğulayır ki, hakimiyyətin tənqidinin əsas səbəbi yalnız Karapetyanın siyasətə gəlişi deyil. Əsas “tezis” ondan ibarətdir ki, general A.Karapetyan Ermənistanda Rusiya xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir...