Livandakı “Hizbullah” mövqelərinə və silah anbarlarına zərbələr endirildi

11-11-2023, 14:57           
Livandakı “Hizbullah” mövqelərinə və silah anbarlarına zərbələr endirildi
İsrail Müdafiə Qüvvələri Livanın “Hizbullah” hərəkatının postlarına, silah anbarlarına, eləcə də Livan ərazisində kəşfiyyat infrastruktur obyektlərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, aviasiyanın köməyi ilə həyata keçirilən bu zərbələr Livan ərazisindən İsrailə atılan raketlərə cavab olaraq endirilib.
“Məhv edilən terror hədəfləri arasında “Hizbullah” terrorçularının fəaliyyət göstərdiyi bir sıra terror obyektləri və hərbi postlar, silah anbarları və “Hizbullah”a məlumat toplamaqda və terrorizmi İsrailə qarşı yönəltməkdə kömək edən kəşfiyyat infrastrukturu var”, - deyə İsrail hərbçiləri bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru