Poçtalyon paylanmamış pensiya pulu ilə kafedə ŞOU GÖSTƏRDİ

12-11-2023, 08:42           
Poçtalyon paylanmamış pensiya pulu ilə kafedə ŞOU GÖSTƏRDİ
Gənc poçtalyon NB, Bosniya və Herseqovinanın Bjeljina şəhərindəki kafedə, paylanmamış pensiyaların pulu ilə bütün kafenin qonaqlarına şou yaşadıb.

Publika.az xəbər verir ki, bu barədə BN televiziyası məlumat yayıb.

Bildirilib ki, sərxoş görünən poçtalyon növbə ilə kafenin qonaqlarını yedizdirib və o, pensiya pulunu masadan masaya paylayıb. Az keçməmiş mübahisə düşüb və sonda dava olub.

Bjeljina polis bölməsinin sözçüsü BN televiziyasına açıq şəkildə sərxoş vəziyyətdə olan, özünü aqressiv aparan və polislə əməkdaşlıqdan imtina edən şəxsi saxladıqlarını təsdiqləyib və əlavə edib ki, poçtalyon qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq.

Elə həmin gün poçtalyon mənimsəmə ittihamı ilə məlumatlandırılıb və Bjeljina şəhər prokuroruna başverənlər barədə məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru