Qrip olduğu üçün xəstəxanaya getdi, bütün həyatı dəyişdi - FOTOLAR

16-11-2023, 11:49           
Qrip olduğu üçün xəstəxanaya getdi, bütün həyatı dəyişdi - FOTOLAR
Ohayo ştatında yaşayan 42 yaşlı Kristin Foks 2020-ci ilin martında qripə tutulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Foksun kabusu COVID-19 pandemiyasının bütün dünyaya yayılmasından bir neçə gün əvvəl başlayıb. Proses adi bir boğaz ağrısı ilə başlayıb.

Lakin ertəsi gün qadın divandan qalxa bilməyib. Dostu onu yaxınlıqdakı xəstəxanaya aparıb.

Foksu 30 dəqiqə ərzində süni nəfəs aparatına qoşublar. Bu müddət ərzində bakterial pnevmoniya inkişaf edib, orqan çatışmazlığına səbəb olub. Foksun böyrəkləri bağlanıb və ağciyərlərindən biri çöküb.

Foks anidən baş verən bu vəziyyətdən şoka düşüb. Onu tibbi səbəblərdən komaya salıblar və həyati orqanlarını xilas etmək üçün vazopressor dərmanlar veriblər. Amma kömək etməyib.

Foksun sözlərinə görə, həkimlər daha çox gözləsələr, infeksiyanın Foksun dizlərinə yayılmağa davam edəcəyini və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirəcəyini bildiriblər.

Onun ayaqları dizdən aşağı amputasiya edilib.

Əməliyyatlardan sonra Foks tədricən komadan çıxarılıb. Sadə bir qrip və infeksiya səbəbiylə bütün həyatı dəyişən Foks, əvvəlcə sosial həyata uyğunlaşmaqda böyük çətinlik çəkdiyini, indi isə protezləri ilə bu vəziyyətə alışdığını bildirib.​














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru