Ukraynada Arestoviç barəsində cinayət işi açıldı

17-11-2023, 00:03           
Ukraynada Arestoviç barəsində cinayət işi açıldı
Ukrayna Milli Polisi ölkə prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı növbəti cinayət işi açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Natalya Pipa məlumat verib.

"Vətəndaş Arestoviçə qarşı cinayət işi açılıb. Bu barədə mənə Ukrayna Milli Polisi məlumat verib, mən də sizə məlumat verirəm. Biz Arestoviçin Ukraynaya ən tez qayıtmasını gözləyirik, ancaq bu, şübhəlidir”, - deyə Pipa qeyd edib.

Millət vəkili işin hansı maddə ilə başlandığını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru