Rusiya Kadırovun oğluna orden verdi

17-11-2023, 18:54           
Rusiya Kadırovun oğluna orden verdi
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov “Rusiyanın əmək şücaəti” ordeni və "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına verdiyi töhfəyə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, “Rusiyanın əmək şücaəti” ümumrusiya ictimai təşkilatının nümayəndələri tərəfindən təşkil olunan tədbir Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində keçirilib.

Qeyd edək ki, bir neçə gün öncə Adam Kadırov 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru