Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı - FOTO

18-11-2023, 07:54           
Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı - FOTO
Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb.
Buna səbəb 22 oktyabr tarixində Moskvada "Triumf" restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycanın bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub.
Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub.
Onlar "Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun", "Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik" deyə şərhlər yazıblar.
bizim.media













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru